EN

13 yaşlı türk şahmatçıdan yeni rekord

Türkiyəli yeniyetmə şahmatçı Yağız Kaan Ərdoğmuş yeni rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, o, FIDE reytinq sıralamasında 2600 Elo xalı əldə edən ən gənc idmançı kimi tarixə düşüb.

Dünyanın ən gənç Böyük Ustası (Qrandmaster) statusuna malik Yağız Kaan Ərdoğmuş bu rekordla “şahmat dahiləri klubu”na da seçilib. Şahmat ulduzunun yaxın gələcəkdə dünyanın ən yaxşı şahmatçısı olacağı istisna edilmir.  azal vakansiya

Gənc ulduz daha öncə dünyanın ən yaxşı şahmatçısı hesab olunan Maqnus Karlseni də mat etməyi bacarıb. Karlsen Ərdoğmuşla matçdan sonra “dünyanın ən yaxşısı artıq odur” ifadəsini işlədib.


Telegram kanalımız
Chosen
8
yenisabah.az

1Sources