EN

Ermənistanı dollara qərq edən USAİD:"Bu ölkədə söz azadlığı da yüksək səviyyədədir"

ABŞ Beynəlxalq İnkişaf Agentliyi "sevimli" Ermənistanında söz azadlığı və media istehlakı ilə bağlı illik sorğunun nəticələrini dərc edib.

Adalet.az
erməni mediasına istinadən xəbər verir ki, guya 2023-cü ildə olduğu kimi, 2024-cü ildə də respondentlərin əksəriyyətinin fikrincə, Ermənistanda həm cəmiyyət, həm də media üçün söz azadlığı yüksək səviyyədədir. Respondentlərin 75 faizi insanların ifadə azadlığını tam və ya müəyyən qədər azad hesab edir, medianı nəzərə alsaq, bu göstərici 72 faizdir.
Qeyd edək ki, ötən ay ABŞ Ermənistanda patrul polisinin formalaşdırılmasına 16 milyon dollara yaxın vəsait ayırdı. Maraqlıdır Ermənistanda söz azadlığının belə "möhtəşəm" həddə olduğunu düşünən ABŞ niyə məhz hazırki hökuməti qoruyan polisə maliyyə yatırır. Bəlkə, bölgələrdə iqtisadiyyatın inkişafı yüksək həddədir? Bəlkə kənd təsərrüfatında yerli əhali milyonçu olmaq ərəfəsindədir? Niyə ABŞ maliyyəni iqtisadiyyata deyil, polisə ayırır...? Söz azadlığı ?

Xatırladaq ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişaf köməyin idarə edilməsinə cavabdehdir. 27 milyard dollardan çox büdcə ilə USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-nin bütün xarici yardımının yarısından çoxunu təşkil edir – mütləq dollar ifadəsində dünyada ən yüksəkdir. Ötən ayın sonunda ABŞ Konqresi, Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 20 milyon dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini müzakirə edir.
Bundan əvvəl USAID Ermənistana maliyyə yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdıracağı ilə bağlı məlumat yaymışdı.

Əntiqə Rəşid

Chosen
16
adalet.az

1Sources