EN

İstanbuldan 3 ölkəyə uçuşlar ləğv edilib

İran və İsrail arasındakı gərginlik səbəbindən beynəlxalq aviaşirkətlər İstanbul və Sabiha Gökçen hava limanlarından uçuşları təxirə salıb.

"Cebheinfo.az" xəbər verir ki,  çərşənbə axşamı və çərşənbə gecəsi İstanbuldan İraq, İran və İordaniyaya planlaşdırılan reyslər ləğv edilib. İranın İsrailə hava hücumundan sonra İstanbul və Sabiha Gökçen hava limanlarından bu istiqamətlərə daxili və xarici reyslər ləğv olunub. 

Bir çox aviaşirkətlər də bu ölkələrə uçuşlarını ətraf hava limanlarına yönəldiblər.

Nigar Hacılı

"Cebheinfo.az"

Chosen
18
cebheinfo.az

1Sources