EN

EKSPERT: "... yol qəzalarının sayı azalmaq əvəzinə artacaq”

Son zamanlar toylarda baş verən avtoqəzaların sayı artmaqda davam edir.

Maraqlıdır, bunun əsas səbəbi nədir? Doğrudanmı kiminsə xoş günündə belə “meydangirlik” etmək vacibdir? Qəzaların əsas səbəbi nədir və niyə belə hallar tez- tez baş verir?

 Mövzu ilə bağlı Adalet.az-a açıqlama verən   nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu kimi yol qəzalarının baş verməsinin bir neçə əsas səbəbi var:

“Ən birinci əsas səbəb toy sahiblərinin toy karvanı təşkil etməsidir. Bu onların istəyi ilə həyata keçirilir. Bu zaman baş verən qəzaların qarşısını almaq üçün toy sahibləri, daha doğru böyüklər, həmin maşınları idarə edən  sürücülərə xəbərdarlıq etməlidir, nəsihət verməlidir. 

 Bunu da qeyd edim ki, toy karvanında əsasən gənclər iştirak edirlər. Onlar qohumlarının və dostlarının xoş gününə sevindiyini yüksək sürətlə maşın sürməklə göstərmək istəyirlər. 

Belə olan halda çoxlu sayda qayda pozuntuları qeydə alınır. Ən pis halda isə yol qəzaları baş verir.

Təəssüf hissi ilə qeyd edirəm ki, toy karvanında qəzaya düşən şəxslər arasında ağır yaralananlar, hətta ölənlər olur. 

Ümumiyyətlə,  nəinki toy karvanını bütün  nəqliyyat vasitələrini idarə edən şəxslər bu işin məsuliyyətini anlamalıdırlar.

Əks halda yol qəzalarının sayı azalmaq əvəzinə artacaq”.

Əntiqə Kərimzadə

Chosen
9
adalet.az

1Sources