EN

"Qarabağ"da şok itki

"Qarabağ"ın futbolçusu Mateus Silva Avropa Liqasının əsas mərhələsinin II turunda Bakıda "Malmö"yə qarşı keçiriləcək oyunu buraxacaq.

Sportnet.az xəbər verir ki, braziliyalı sağ cinah müdafiəçi Misli Premyer Liqasının VIII turunun “Sabah”la görüşündə (3:2) zədələnərək əvəzlənib. 26 yaşlı futbolçunun İsveç klubu ilə matçda meydana çıxmayacağı dəqiqdir.

"Qarabağ"da həmin cinahda oynayan digər futbolçu Marko Veşoviç isə zədədən sonra bərpa prosesini keçdiyi üçün sabahkı matçda iştirak etməyəcək. Qurban Qurbanovun cinahda Abbas Hüseynova şans verəcəyi gözlənilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


Chosen
30
1
sportnet.az

2Sources