EN

Azərbaycanda əmək müqavilələrinin sayı 44 faiz artıb - Sahil Babayev

2018-2024-cü illər arasında Azərbaycanda əmək müqavilələrinin sayı 44 faiz artıb.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.

"Son 6 il ərzində əmək müqavilələrinin sayı 44% artıb ki, bu da 563 min yeni müqavilə deməkdir. Eyni zamanda, bu dövr ərzində məşğulluq xidmətləri 650 min nəfəri işlə təmin edib. Hesabat dövründə 36 min nəfər peşə hazırlığı kurslarından keçib, 2,6 min nəfər əmək haqqının yarıbayarı maliyyələşdirilməsi proqramına cəlb edilib, 86 min ailə isə özünüməşğulluq proqramının iştirakçısı olub", - o vurğulayıb.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
1
olaylar.az

2Sources