EN

Yeni enerji növlərinə keçid zamanı mühüm aspekt istismar olunmuş neft-qaz yataqlarından geotermal enerji üçün istifadədir - Rəna Hümbətova

Bakı. Trend:

Yeni enerji növlərinə keçid zamanı mühüm aspekt istismar olunmuşneft-qaz yataqlarından geotermal enerji üçün istifadədir.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıltexnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Bakı İqlimdəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsindəkeçirilən beynəlxalq konfransının 3-cü günündə "Neft-qaz sektorundaədalətli keçidin təmin olunması" adlı panel müzakirədə deyib.

"Yeni enerji növlərinə keçid zamanı mühüm aspekt istismarolunmuş neft-qaz yataqlarının geotermal enerji üçün istifadəsidir.Eyni zamanda, hidrogen istehsalı da diqqət mərkəzindədir. Əvvəllərhidrogen təbii qazdan istehsal olunurdu və əsasən, neft emalızavodlarında dizel yanacağının və benzinin təmizlənməsi üçünistifadə edilirdi. Bu, effektivliyinə baxmayaraq, müasir şəraitdə"yaşıl" - bərpa olunan enerji mənbələrindən istehsal olunanhidrogenlə əvəzlənməlidir", - o vurğulayıb.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Chosen
8
az.trend.az

1Sources