EN

“FourFourTwo” Bellingem, Salah və Gündoğanı fərqləndirdi

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri müasir futbolun ən yaxşı mərkəz yarımmüdafiəçilərinin onluğunu açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində “Mançester Siti”nin türkəsilli almaniyalı mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan qərarlaşıb.

İkinci pillədə “Real”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Varlverde yer alıb.

İlk üçlüyü isə “Mançester Siti”nin portuqal mərkəz yarmmüdafiəçisi Bernardo Silva qapayır.

Müasir futbolun ən yaxşı mərkəz yarımmüdafiəçilərinin onluğunu təqdim edirik:

  1. İlkay Gündoğan (“Mançester Siti”);
  2. Federiko Valverde (“Real”);
  3. Bernardo Silva (“Mançester Siti2);
  4. Pedri (“Barselona”);
  5. Aleksis Makallister (“Liverpul”);
  6. Qranit Caka (“Bayer”);
  7. Uorren Zair-Emeri (PSJ);
  8. Qavi (“Barselona”);
  9. Luka Modriç (“Real”);
  10. Fabian Ruis (PSJ).

“FourFourTwo” nəşri müasir futbolun ən yaxşı hücumameylli yarımmüdafiəçilərinin də onluğunu açıqlayıb. Siyahının zirvəsində “Real”ın ingilis futbolçusu Cud Bellingem yer alıb. İkinci pillədə “Mançester Siti”nin belçikalı futbolçusu Kevin De Bröyne qərarlaşıb.
İlk üçlüyü isə “Bayern”in almaniyalı futbolçusu Camal Musiala qapayır.

Müasir futbolu ən yaxşı hücumameylli yarımmüdafiəçilərinin onluğunu təqdim edirik:

  1. Cud Bellingem (“Real”);
  2. Kevin De Bröyne (Mançester Siti);
  3. Camal Musiala (“Bayern”);
  4. Filip Foden (“Mançester Siti”);
  5. Florian Virts (“Bayer”);
  6. Bruno Fernandes (“Mançester Yunayted”);
  7. Martin Edeqor (“Arsenal”);
  8. Antuan Qrizmann (Madid “Atletiko”su);
  9. Koul Palmer (“Çelsi”);
  10. Daniel Olmo (“Barselona”).

“FourFourTwo” müasir futbolun ən yaxşı sağ cinah hücumçularının da siyahısını açıqlayıb. Siyahının zirvəsində “Liverpul”un misirli ulduzu Məhəmməd Salah yer alıb. İkinci pillədə “Arsenal”ın ingiltərəli futbolçusu Bukayo Saka qərarlaşıb. İlk üçlüyü isə “Real”ın brazilyalı futbolçusu Rodriqo Qoes qapayır.

Müasir futbolun ən yaxşı sağ cinah hücumçularının onluğunu təqdim edirik:

  1. Məhəmməd Salah (“Liverpul);
  2. Bukayo Saka (“Arsenal”);
  3. Rodriqo Qoes (“Real”);
  4. Lamin Yamal (“Barselona”);
  5. Maykl Olise (“Bayern”);
  6. Usman Dembele (PSJ);
  7. Leroy Zane (“Bayern”);
  8. Lionel Messi (“İnter Mayami”);
  9. Xavi Simons (“Leypsiq);
  10. İnyaki Uilyams (Madrid “Atletiko”su)
Chosen
16
arena.az

1Sources