EN

Flik: “Bu, De Yonq üçün çox vacib addımdır”

“Barselona” Çempionlar Liqasına uğursuz startdan sonra özünü bərpa edib. Kataloniya təmsilçisi “Monako”ya uduzduğu ilk tur matçından sonra 2-ci turda İsveçrənin “Yanq Boyz” komandasına 5 qol vurub.Matçın sonunda niderlandlı yarımmüdafiəçi Frenki de Yonq meydana çıxıb. O, zədə səbəbindən uzun müddətdən sonra qayıdıb.Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik De Yonqun qayıtmasından məmnundur:“Bu, onun üçün çox vacib addımdır. Başlamaq üçün bir az oynamalıdır. İndi onun tam reabilitasiyası üçün daha çox vaxta ehtiyacı var. Amma mən şadam ki, o, oyunu hiss edə bildi”.

Chosen
20
komanda.az

1Sources