EN

İranın İsrailə raket hücumundan sonra Avropada qazın qiyməti 3% artıb - SON QİYMƏT

Londonun ICE birjasının məlumatına görə, çərşənbə günü birja ticarətinin açılışında Avropada təbii qazın qiyməti İranın İsrailə kütləvi raket hücumu ilə əlaqədar olaraq 3% artıb.

FED.az xəbər verir ki, noyabr fyuçerslərinin dəyəri 1 min kubmetr üçün təxminən 460,6 dollara qədər artıb (və ya MVt/saat üçün 40,27 avro).

Daha əvvəl “Tasnim” agentliyi İran raketlərinin İsrailin cənub-qərbindəki Aşkelon şəhəri yaxınlığındakı qaz platformalarını vurduğunu bildirib. Eyni zamanda, Amerikanın Chevron şirkəti (İsrail şelfinin ən böyük oyunçularından biri) bildirib ki, İsraildəki vəziyyətlə əlaqədar ehtiyat tədbiri olaraq Leviathan və Tamar qaz platformalarını müvəqqəti dayandırıb, lakin heç bir avadanlıq və işçi heyətinə ziyan dəyməyib. (Marja)

Chosen
3
1
fed.az

2Sources