EN

İqlim dəyişikliliyi ilə mübarizədə qlobal əməkdaşlıq olmalıdır - Alessandra Roccasalvo

Bakı.Trend:

İqlim dəyişikliliyi ilə mübarizədə qlobal əməkdaşlıqolmalıdır.

Trend xəbərverir ki, bu barədə BMT-nin İnkişaf Proqramının AzərbaycandakıRezident nümayəndəsinin səlahiyyətlərini icra edən AlessandraRoccasalvo Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanıdeyib.

O qeyd edib ki, yeni nəsil gənclər iqlim dəyişikliyi iləmübarizədə aktiv iştirak edir.

“Su qıtlığı o qədər böyük problemdir ki, gələcək nəsillər bununəziyyətini çəkəcəklər. Onlar köhnə nəsilin gördüyü işləri görəbilməyəcək. Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu asan bir işdeyil. Amma iştirak edəcəyim üçün qürur duyuram.

Birlikdə müzakirlər apararaq biz iqlim dəyişikliyi ilə mübarizəapara bilər, həll yolları tapa bilərik”,- deyə o bildirib.

Qeyd edək ki, “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsmanvə Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusundaOmbudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.

Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərininyaratdığı problemləri və onların həlli yollarını insan hüquqlarıperspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələripaylaşmaqdan ibarətdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdəmilli insan hüquqları təsisatları və ombudsman institutlarınadəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirlərihaqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi iləmübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyininmüharibənin partlayıcı qalıqları və minalarla çirklənmə iləəlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığınıntəşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.

Chosen
14
az.trend.az

1Sources