EN

Kamala Harris İranın İsrailə hücumunu pisləyib

Demokratların prezidentliyə namizədi olan ABŞ-nin vitse-prezidenti Kamala Harris İsraili dəstəkləməyə və təhlükəsizliyini təmin etməyə davam edəcəyini bəyan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Evin saytında dərc olunan bəyanatda Harris İranın İsrailə hücumunu pisləyib.

O qeyd edib ki, İran Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli qüvvədir.

 

Gözəl Həşimova

1Sources