EN

"Şəki"dən növbəti transfer

"Şəki" növbəti transferini gerçəkləşdirib.

Sportnet.az xəbər verir ki, ötən mövsümü Şadron Dövlət Kollecinin basketbol komandasında keçirmiş 24 yaşlı Coş Robinson Avropada ilk peşəkar müqaviləsini "Şəki" ilə bağlayıb. Qısa hücumçu (small forward) mövqeyində çıxış edən idmançı "Şəki"də 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Şəki" daha əvvəl Ərcan Donat, Əbdülmətin Quliyev, Kris Barton, Karl Cons, Ceyhun Həsənli və Aleks Koldvelli heyətinə qatıb.


Chosen
4
2
sportnet.az

3Sources