EN

İsrail rəsmiləri: İrana sarsıdıcı cavab veriləcək

İranın bir sıra mühüm infrastruktur obyektləri İsrailə raket hücumlarına cavab olaraq hədəfə alına bilər.

Yenisabah.az Axios-a istinadla xəbər verir ki, bunu İsrail rəsmiləri bildiriblər.

Onların sözlərinə görə, İsrail əhəmiyyətli cavab zərbəsi endirəcək, bu zərbə neft hasilatı obyektlərinə və digər strateji obyektlərə yönələ bilər.  vakansiyalar

Rəsmilər qeyd ediblər ki, bütün variantlar, o cümlədən İranın nüvə mərkəzlərinə zərbə endirmək imkanları nəzərdən keçiriləcək.

İsraillilər 2 ay əvvəl Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürüldüyü əməliyyata bənzər həm hava hücumları, həm də gizli əməliyyatlarla cavab verə bilər.

İsrailin baş naziri Benyamin Netanyahu öz növbəsində deyib: “İran böyük səhv edib və bunun əvəzini ödəyəcək”.

Onun sözlərinə görə, İranın hücumu ABŞ-ın dəstəyi ilə İsrailin hava hücumundan müdafiə sistemi ilə dəf edildiyindən uğursuz olub.

Baş naziri deyib: "İran rejimi özümüzü müdafiə etmək və düşmənlərimizə cavab vermək əzmimizi başa düşmür. Müəyyən etdiyimiz qaydaya sadiq qalacağıq: kim bizə hücum etsə, ona hücum edəcəyik".

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon öz növbəsində deyib ki, “İran bu günə qədər İsrail dövlətinə qarşı ən böyük və ən qəddar raket hücumunu həyata keçirib”.

O qeyd edib ki, bu hücuma nə vaxt və necə cavab verəcəyinə ölkə hökuməti qərar verəcək.

Danon əlavə edib: "Sizə bir şeyi deyə bilərəm: möhtəşəm cavab olacaq. Bu ağrılı olacaq. Bizim müharibə və ya eskalasiya arzumuz yoxdur, lakin mülki vətəndaşlarımız bu cür hücumlara məruz qaldıqda, biz də sakit otura bilmərik”.

Yeri gəlmişkən, “ABC News” amerikalı rəsmiyə istinadən xəbər verir ki, İran 30 dəqiqə ərzində iki dalğada ümumilikdə 220 raket atıb.

Telekanalın müsahibi bildirib ki, Təl-Əviv yaxınlığında bir neçə birbaşa zərbə baş verib.

Rəsmi bildirib ki, raketlərin çoxu İordananiya səmasında ələ keçirilib.


Telegram kanalımız
Chosen
16
50
yenisabah.az

10Sources