EN

NATO-nun yeni baş katibi Trampın qələbəsi perspektivindən narahat deyil

NATO-nun yeni baş katibi Mark Rütte Donald Trampın Ağ Evə qayıtması perspektivindən narahat deyil və keçmiş ABŞ prezidentini müttəfiqlərini müdafiəyə daha çox xərcləməyə təşviq etdiyinə görə tərifləyib...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşrinin məlumatında bildirilir.

Nəşr qeyd edir ki, Niderlandın keçmiş baş naziri Trampın gələn ay ABŞ-da keçirilən seçkilərdə qələbəsinin Kiyevin Rusiyanın işğalına qarşı mübarizəsini qıracağına dair qorxularını aradan qaldırıb və hər iki prezidentliyə namizədi tərifləyib:

"Seçkinin nəticəsi nə olursa-olsun, mən hər ikisi ilə işləyə biləcəyəm".

Bu arada Rütte Demokrat namizəd Kamala Harrisi "fantastik hekayəsi olan çox hörmətli lider" kimi təsvir edib.

"Mən narahat deyiləm. Hər ikisi başa düşür ki, nəhayət, transatlantik əlaqələr təkcə Avropa üçün deyil, daha çox tərəf üçün həlledicidir", deyə NATO-nun yeni rəhbəri yekunlaşdırıb.

NATO-nun yeni baş katibi Mark Rütte Ukraynanın Rusiya Federasiyasındakı hədəflərə uzaqmənzilli zərbələr endirmək qadağasının götürülməsini dəstəkləyib. Onun sözlərinə görə, bu, beynəlxalq hüquqla qadağan olunmayan özünümüdafiə hüququdur.

Rüttenin fikrincə, unutmaq olmaz ki, Ukrayna aqressiv yox, müdafiə müharibəsi aparır, bu isə onun özünümüdafiə hüququna malik olması deməkdir.

Qeyd edək ki, Rütte ötən gün vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə Yens Stoltenberqi əvəzləyib.

Poliqon.info

Chosen
4
poliqon.info

1Sources