EN

"Milan" üzərində qələbə bizim üçün vacib addımdır"

"Bayer"in baş məşqçisi Xabi Alonso komandasının Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda "Milan" üzərində çətin qələbəsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA-nın mətbuat xidmətinə bildirib ki, "Milan" futbolçularını yaxşı sınaqdan keçirib, komandası xarakter nümayiş etdirərək layiqli qələbə qazanıb.

“Biz göstərdik ki, Çempionlar Liqasında uğur qazanmaq üçün mübarizə aparmağı və əziyyət çəkməyi bacarmalısan. Bu qələbə bizim üçün mühüm addımdır. Yekun nəticədən çox razıyam”

Xatırladaq ki, “Bayer” futbolçuları Bonifasın qolu sayəsində “Milan”ı minimal hesabla 1:0 hesabı ilə məğlub edib. "Əczaçılar" Çempionlar Liqasının iki oyununda ikinci qələbələrini qazanıblar.

Chosen
26
90deqiqe.az

1Sources