EN

Ostin İranın İsrailə hücumunu şərh edib

Pentaqon rəhbəri Lloyd Ostin İsrailə hücumu hədsiz təcavüz aktı olaraq dəyərləndirib...

Pentaqon rəhbəri Lloyd Ostin İranın yəhudi dövlətinə hücumundan sonra İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında hücumu “qeyri-adi təcavüz aktı” adlandırıb.

Poliqon xəbər verir ki, Ostin bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Nazir Qalant və mən bir-birimizi İranın atdığı 200-ə yaxın ballistik raketdən İsrailin koordinasiyalı müdafiəsinə görə təqdir etdik və yaxın təmasda olmağı öhdələrinə götürdük”, deyə Ostin paylaşıb.

Ostin həmçinin İsraildə törədilən “dəhşətli” terror nəticəsində zərər çəkmiş ailələrə başsağlığı verib.

Poliqon.info

Chosen
14
poliqon.info

1Sources