EN

ABŞ İsraildən İranın hücumuna təmkinli cavabı dəstəkləyir

ABŞ İsrailə aydın şəkildə bildirib ki, Vaşinqton yəhudi dövlətinin İranın raket hücumlarına təmkinli cavabını dəstəkləməyə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İranın hücumundan sonra ABŞ administrasiyası İsrail hökuməti ilə danışıqlar aparıb. Söhbət zamanı Vaşinqton nümayəndələri yəhudi dövlətinin cavab addımlarını dəstəklədiklərini, lakin onların balanslı olmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə qarşı kütləvi hücuma keçib və yəhudi dövlətinin ərazisinə yüzlərlə raket atıb. Qüds və Təl-Əviv şəhərlərində partlayışlar qeydə alınıb.

Hücuma səbəb yəhudi dövləti tərəfindən Livannın “Hizbullah” hərəkatının və Fələstinin HƏMAS hərəkatının liderlərini və infrastrukturlarının dağıdılması olub.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hədəflər İsrail Hərbi Hava Qüvvələrinin iki bazası və ölkənin kəşfiyyat xidmətinin MOSSAD qərargahı olub.

Eyni zamanda “Axios” portalı mənbələrə istinadən yazıb ki, MOSSAD-ın qərargahına onlarla raket atılıb. Amma onların heç biri hədəfə dəyməyib.

Poliqon.info

Chosen
2
poliqon.info

1Sources