EN

Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinə yeni direktor müavinləri təyin olunub

Oktyabrın 1-də Naxçıvan şəhər 7, 9 nömrəli tam orta məktəblərə təlim-tərbiyyə üzrə direktor müavinləri, 13 nömrəli tam orta məktəbə isə məktəbdənkənar və sinifdənxaric tərbiyyə işləri üzrə direktor müavini təyin olunub. NUHÇIXAN xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.



Qeyd edək ki, ümumtəhsil məktəblərinə yeni təyin olunan direktor müavinləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 11-15 mart 2024-cü il tarixlərində ümumi təhsil müəssisələrində vakant olan direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə keçirilən işə qəbul müsabiqəsində uğur qazanaraq ehtiyat kadr siyahısına daxil edilən namizədlərdir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
19
nuhcixan.az

1Sources