EN

Cütlüyün bu görüntüləri sosial mediada viral oldu – VİDEO

“TikTok”da yayılan trendi həyata keçirmək istəyən cütlüyün görüntüləri sosial şəbəkələrdə viral olub.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, videoda cütlük TIR ilə “Sevgilimə güvənirəm” adlı oyun oynayır. Oyunun qaydalarına görə, sevgilisini yolun ortasında qoyub üzərinə TIR ilə sürətlə gələn sürücü son anda dayanmalıdır.

Kadrlarda görünür ki, ilk cəhdi edən kişi sürücü sevgilisini əzmədən dayanmağı bacarır. Lakin qadın sürücü vaxtında dayana bilmir. Kadrda yük maşınının gəncə çırpıldığı görünür.

Video qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər görüntüləri birmənalı qarşılamayıblar. Bəziləri hadisənin gülməli olduğunu desə də, bir çoxları gəncləri ağılsız hərəkətlərinə görə tənqid ediblər.

Chosen
41
medianews.az

1Sources