EN

Sırxavənd kəndində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb - Əli Nağıyev

Bakı. Trend:

Cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlumolan koordinatlar üzrə Ağdərə rayonu, Sırxavənd kəndi ərazisindəaparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkindüşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanmışdır.

Trend xəbər verir ki, bunu Bakıda “İtkin düşmüşşəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnundəstəklənməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanıDövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir vəİtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DövlətKomissiyasının sədri Əli Nağıyev deyib.

Ə.Nağıyev bildirib ki, həmin ərazilərdə qazıntı və ekshumasiyaişləri davam etdirilir. İlkin baxışa və təhlilə əsasən, həminərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalıböyükdür.

Məqalədə:
Chosen
7
43
az.trend.az

10Sources