Filippinin Panqaniban bölgəsi sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Panqaniban bölgəsindən 69 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 5,9 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb.Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.