EN

Danimarkada İsrail səfirliyi yaxınlığında partlayış

Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Danimarka polisi öz “X” hesabında açıqlayıb.

“İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, raketlərin 80 faizi hədəfə çatıb. İran mediası hücum zamanı Aşkelon şəhəri yaxınlığında qaz platformalarının və Nevatim aviabazasının vurulduğunu yazıb. İsrail rəsmiləri isə İranın bu hücumunun nəticəsiz qalmayacağını bildirib.

Chosen
6
3
qafqazinfo.az

9Sources