EN

Xaricdən dərman alışında 50 milyon dollarlıq azalma - Rəqəmlər

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 14 min 706 ton miqdarında, 351 milyon 793 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları gətirilib.

Valyuta.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan əczaçılıq məhsullarının miqdarı 5 min 525 ton (27,3 %), dəyəri isə 49 milyon 689 min ABŞ dolları (12,4 %) azalıb. 2023-cü ilin ilk səkkiz ayında xaricdən Azərbaycana 20 min 231 ton miqdarında, 401 milyon 482 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları gətirilib.

Qeyd edək ki, bu dövrdə idxal olunan əczaçılıq məhsulları ümumi idxalın 2,78 faizini təşkil edib.

Əvəz Həsənov

Chosen
6
valyuta.az

1Sources