EN

İran İsrailə 180 ballistik raketlə hücum etdi - Netanyahudan qisas mesajı

İran
İranın ötən gecə İsrailə raket hücumu səbəbindən təxminən 10 milyon insan sığınacaqlara yerləşdirilib. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumun vurduğu zərər hələlik məlum deyil.
İsrailin Baş naziri Binyamin Netanyahu hücumdan sonra verdiyi açıqlamada Tehranın böyük səhv etdiyini və bunun bədəlini ödəyəcəyini bildirdi. Eyni zamanda, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri bu səhər açıqlamasında bildirib ki, İsrail İrana hücum edərsə, onların cavabı daha sərt olacaq və bütün infrastrukturlarının hədəf alınacaq.

ABŞ-nin New York Times qəzeti İranın İsrailə təxminən 180 ballistik raket atdığını və ən inkişaf etmiş silahlarını istifadə etdiyini yazarkən, CNN-ə danışan hərbi ekspertlər İranın Şahab-3 seriyalı ballistik raketinin müxtəlif növlərindən istifadə etdiyini irəli sürüb.

Chosen
4
2
1news.az

3Sources