EN

İran Yaxın Şərqdə sabitliyi pozan qüvvədir

ABŞ prezidentliyinə namizəd Kamala Harris İranın İsrailə raket hücumuna cavab verib. Onun sözlərinə görə, İran Yaxın Şərqdə sabitliyi pozan qüvvədir.

"Mən İranın Yaxın Şərqdə sabitliyi pozan, təhlükəli güc olduğunu açıq şəkildə görürəm. Mən həmişə İsrailin İran və İranın dəstəklədiyi terror qruplarına qarşı özünü müdafiə etmək qabiliyyətinə malik olmasını təmin edəcəyəm", - o, çərşənbə axşamı deyib.

Bundan əlavə, elə həmin gün, oktyabrın 1-də ABŞ prezidenti Co Bayden İsraildəki vəziyyətlə bağlı təcili iclas keçirib və ABŞ hərbçilərinə İran raketlərini vurmaqda İsrail dövlətinə kömək etməyi tapşırıb.

Öz növbəsində Harris deyib ki, o, Baydenin İran raketlərini vurmaq əmrini tam dəstəkləyir.

Oxuməni.az

Chosen
24
1
oxumeni.az

2Sources