EN

"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!

"Deməli özünü "kargo şirkəti" kimi tanıdan Expargo - siz adresi hara yazırsınızsa yazın, ürəkləri istədiyi yerə göndərir bağlamanı...." Dia-az.Media xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ləman Əhmədova adlı istifadəçi bildirib. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Həmişə bağlamalarımın çatdırılması Bakı-a olub. 20 Sentyabr tarixində yaxınımın istəyi ilə Şəkiyə bağlama sifarişi etdik. Bunu görən Expargo , bu tarixdən əvvəl sifariş etdiyim bütün bağlamaları Bakı yazmağıma baxmayaraq Şəkiyə göndərib. Hal hazırda 2 bağlama Şəkidədir, hansı ki onlar Bakıda olmalı idi. Şəkiyə çatacaq olan bağlama isə hələ yoldadır. Bu qarışıqlığı salan Expargo utanmadan mənə sifarişlərimdə Şəki qeyd etdiyimi iddia edir... səhvini mənim üzərimə yıxmağa çalışır, unudur ki Temuda məhsul gələndən sora adres dəyişmək mümkün deyil... Üstəlik, bağlamaları Şəkiyə səhvən apardıqları bəs etmirmiş kimi, Bakıya çatdırılması üçün əlavə 5 azn pul istəyirlər... Expargo məqsədiniz nədir? işləyə bilmirsinizsə, aləmi bir birinə qatırsınızsa işləməyin, nə məcbur edir sizi? sizə görə neçə gündür vaxt itirirəm, neçə gündür danışıram artıq səbrimi daşdırdınız. Bir daha qeyd edirəm.Bakıya çatdırılmalı UTD1809734554 UTD1409595361 bu bağlamalardır. Şəkiyə çatmalıUTD2209068467Və qeyd edirəm. Səhviniz nəticəsində Şəkiyə daşıdığınız bağlamalar üçün 1 qəpik verən deyiləm. Prinsip məsələsidir. Lazım olsa məhkəmə yolu ilə onu bura gətirəcəksiniz..."

Chosen
3
1
dia-az.info

2Sources