EN

“Hizbullah” quru döyüşünə başladı: Bu kənddə İsrail ordusu məğlub edildi

“Hizbullah” döyüşçüləri Livanın cənubundakı Odise kəndi yaxınlığında İsrail piyadaları ilə döyüşə girib.

Publika.az xəbər verir ki, bu barədə şiə hərəkatının nümayəndələri məlumat veriblər. Onların İsrailin Livanda quru əməliyyatı elan etməsindən sonra ilk dəfə döyüşə girdikləri dəqiqləşdirilir.

“Bu səhər İslam müqavimət döyüşçüləri Odise kəndinə soxulmaq istəyən İsrail piyada qüvvələri ilə toqquşub. Döyüş baş verib və bu zaman “Hizbullah” döyüşçüləri düşməni geri çəkilməyə məcbur etdilər”, - İslami Müqavimətin Telegram kanalı qeyd edir.

Chosen
8
publika.az

1Sources