EN

Məhkəmə iki nəfəri bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Lənkəranda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Murad Əskərzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

Qeyd: 2020-ci ilin iyul ayının 19-u saat 01 radələrində Lənkəran şəhər sakinləri - 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib. İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü M.Əskərzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş verən münaqişə zamanı üzərində olan bıçaqla R.Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan M.Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. M.Əskərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əskərzadə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə birinci instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Sonradan isə məhkəmədə müvafiq qərar qəbul edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 2 Oktyabr 2024, 09:09   
Chosen
33
pravda.az

1Sources