EN

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start verilib.

Modern.az xəbər verir ki, turun ilk oyun günündə 9 matç baş tutub.

 

“Barselona” doğma meydanda İsveçrə təmsilçisi “Yanq Boys”la qarşılaşıb. Görüş Katalon klubunun 5:0  hesablı qələbi ilə başa çatıb.

“Mançester Siti” səfərdə “Slovan Bratislava”nı, “İnter” isə ev matçında “Srvena Zvezda”nı 4:0 hesabla üstələyib. Dortmund “Borussiya”sı “Seltik”i darmadağın edərək 7:1 qalib gəlib.

 

İlk turda “Liverpul”a uduzan “Milan” “Bayer Leverkuzen”lə də bacarmayıb. Alman klubu İtaliya nəhəngini minimal hesabla üstələyib.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

 

1 oktyabr

 

“Zaltsburq” (Avstriya) – “Brest” (Fransa) 0:4

“Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) 1:1

“Arsenal” (İngiltərə) - PSJ (Fransa) 2:0

“Barselona” (İspaniya) - “Yanq Boys”  (İsveçrə) 5:0

“Bayer 04”  (Almaniya) - “Milan”  (İtaliya) 1:0

“İnter" (İtaliya) - “Srvena Zvezda” (Serbiya) 4:0

“Borussiya" (Dortmund, Almaniya) - “Seltik” (Şotlandiya) 7:1

PSV (Niderland) - “Sportinq” (Portuqaliya) 1:1

“Slovan” (Slovakiya) - “Mançester Siti” (İngiltərə) 0:4.

Qeyd edək ki, Liqa mərhələsinin II turuna bu gün keçiriləcək 9 oyunla yekun vurulacaq.

Chosen
2
3
modern.az

10Sources