EN

Biz Amerikanı yenidən möhtəşəm edəcəyik - Tramp

Tramp Vensi televiziya debatına görə tərifləyib

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, onun namizədi Ceyms Devid Vens Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Tim Vals ilə teledebatda yaxşı çıxış edib.

"Əla iş, JD! Biz yenidən Amerikanı möhtəşəm edəcəyik!" – Tramp çərşənbə axşamı özünün Truth Social səhifəsində yazıb.

O, əmindir ki, Vens rəqibini darmadağın edib.
“Uols, Kamala kimi aşağı IQ fəlakətidir. Bu ikisinin idarəsi hakimiyyətə gəlsə, ölkəmiz heç vaxt sağalmayacaq. Təsəvvür edirsinizmi, onlar bizim maraqlarımızı təmsil edir, sərt xarici liderlərin yanında dayanırlar? Mən bacarmıram!” – Tramp əlavə edib.

Chosen
37
ucnoqta.az

1Sources