EN

İran bütün üçüncü tərəflərdən müdaxilə etməmələrini istəyir – Araqçi

Bakı. Trend:

İran bütün üçüncü tərəflərdən İran və İsrail arasındakıqarşıdurmada müdaxilə etməmələri haqda xəbərdarlıq edir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri AbbasAraqçı Böyük Britaniya, Fransa, Almaniya və bəzi digər ölkələrinxarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon söhbətindədeyib.

Onun sözlərinə görə, İranın əməliyyatı artıq başa çatıb. Lakinİsrail tərəfi əvəzini çıxmaq niyyətində olarsa, İranın cavabı dahakəskin olacaq. İran gərginliyi artırmaq və müharibə aparmaq ardıncadeyil. Bununla yanaşı müharibədən də qorxusu yoxdur.

Araqçi bildirib ki, İran “Həmas” liderinin Tehrandaöldürülməsindən sonra 2 ay təmkinlik nümayiş etdirib. Lakinİsrailin hərəkətləri davam edib. İran isə sadəcə BMT əsasnaməsinin51-ci müddəasına əsasən öz qanuni hüququndan istifadə edib vəİsrailin təhlükəsizlik və hərbi bazalarını vurub.

İranlı nazir bir daha bütün ölkələrin bölgədə, xüsusilə də Livanvə Qəzzada atəşkəsin bərpa olunması və İsrailin hücumlarınınqarşısının alınması üçün səy göstərmələrini istəyib.

Qeyd edək ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) “Doğru Vəd 2” adlı əməliyyatda İsrailə onlarla ballistikraket atdığını elan edib. Raket hücumunun nəticələri haqda hələlikrəsmi məmulat yoxdur.

Chosen
39
3
az.trend.az

4Sources