EN

Tehran İsrailin sadəcə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb - İran XİN

İran suverenliyi və ərazi bütövlüyünə hücuma cavab olaraq İsrailin sadəcə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb.

Day.Az-ın məlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanata əsasən, İran uzunmüddətli təmkinli olduqdan sonra, öz qanuni müdafiə haqqından istifadə edərək İsrailə qarşı hərbi əməliyyat keçirib.

Bəyanatda qeyd olunur ki, İran üçüncü tərəflərin məsələyə istənilən müdaxiləsi ilə əlaqədar xəbərdarlıq edir və regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidin davam etməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal addım atmasını istəyir.

"İran lazım gəldiyi halda istənilən hərbi təcavüz və gücdən qeyri-qanuni istifadə qarşısında ölkənin ərazi bütövlüyünü müdafiə etmək və öz qanuni mənafeyini qorumaq istiqamətində müdafiə tədbirləri görməyə tam hazırdır", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib.

Chosen
8
2
day.az

3Sources