EN

“Real”la oyunda yaşananlara görə “Atletiko”nu hansı cəza gözləyir?

“Atletiko” “Real”la La Liqanın 8-ci turunun ev oyununda azarkeşlərinin davranışına görə sanksiyalarla üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “hindular”ın azarkeşləri qarşıdakı 2 və ya 3 ev matçı üçün tribunalara daxil olmaqdan qismən məhrum ola bilərlər.

“Atletiko” azarkeşləri daha əvvəl “Atletik”lə ev oyununda Niko Uilyamsın ünvanına irqçi təhqirlər səsləndirsələr də, buna görə heç bir cəza almamışdılar.

Chosen
16
publika.az

1Sources