EN

Borrell və Mişel İranın İsrailə hücumunu pisləyib

Avropa İttifaqı İranın "regional təhlükəsizliyə təhdid" olan İsrailə hücumunu qətiyyətlə pisləyir.

Ucnoqta.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Aİ diplomatiyasının rəhbəri Josep Borrell deyib.

 Mişelin sözlərinə görə, Yaxın Şərqdə ölümcül eskalasiya spiralı indi bitməlidir.

“Regional müharibə heç kimin maraqlarına uyğun deyil.
 Aİ gərginliyin azaldılması və mülki insanların həyatının qorunması üçün səyləri dəstəkləməyə hazırdır”, - o əlavə edib.

“Aİ İranın İsrailə hücumunu ən sərt şəkildə pisləyir.  Bütün regionda dərhal atəşkəsə ehtiyac var.  AB-nin regional müharibənin qarşısını almağa tam sadiq qaldığını” - Borrell X-da yazıb.

Chosen
16
ucnoqta.az

1Sources