EN

İranın İsrailə raket zərbələri nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

İranın raket hücumu nəticəsində İordan çayının qərb sahilində bir fələstinli ölüb.

APA Fələstin mediasına istinadən xəbər verir ki, İranın İsrailə hücumu zamanı İordan çayının qərb sahilindəki Yerixo yaxınlığındakı Nueima kəndində bir nəfər raket qəlpələrindən ölüb.

İsrail fövqəladə hallar xidmətlərinin yaydığı məlumata görə isə, raket hücumu nəticəsində 2 nəfər yaralanıb.


***
21:58

İranın Təl-Əvivə raket hücumu nəticəsində 2 nəfərin yaralandığını bildirilir.

APA xəbər verir ki, bu barədə İsrail fövqəladə hallar xidmətləri məlumat yayıb.

Ölüm faktı qeydə alınmayıb.

Chosen
7
2
apa.az

10Sources