EN

Şəmkirdə qətl hadisəsi baş verib

Şəmkirdə qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqim Qasımov bildirib.

Onun sözlərinə görə, oktyabrın 1-i saat 21 radələrində Şəmkir rayon Mahmudlu kənd sakini İ. Abdullayevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Abbasov şübhəli şəxs qismində saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
16
23
ucnoqta.az

10Sources