EN

Şəmkirdə qətl hadisəsi törədilib

Şəmkirdə

Gəncə, 1 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Şəmkirin Mahmudlu kənd sakini İlham Abbasovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abbas Abbasov şübhəli şəxs qismində saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Chosen
9
25
azertag.az

10Sources