EN

Yığmamızın sabiq üzvü birinci liqa klubu ilə ANLAŞDI

Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə Birinci Liqada işləyəcək. 

Bizim.Media xəbər verir ki, 31 yaşlı veteran futbolçu “Qaradağ Lökbatan”la anlaşıb.

Yaxın günlərdə Quluzadə komandanı məşqlərə çıxacaq. Qeyd edək ki, o, bir müddət əvvəl “Füzuli”nin baş məşqçisi idi.

Əlavə edək ki, Amit futbolçu kimi “Neftçi”, “Kayseri Erciyesspor”, “Rəvan”, “Qəbələ”, “Atletiko”(Lissabon, Portuqaliya), “Sumqayıt”, “Larissa”(Yunanıstan) “Səbail”, “Drita”(Kosovo), “Çelik”(Bosniya və Herseqovina), “Milsami”(Moldova), “Ştadl-Paura”(Avstriya) klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
12
bizim.media

1Sources