EN

Arsenal”a qarşı oynaya bilməyəcək

PSJ Çempionlar Liqasının 2-ci turunun “Arsenal”la oyununa itki ilə çıxacaq.

Usman Dembele komandasına kömək etməyəcək. Yerli mənbələrin xəbərinə görə, buna səbəb fransalı futbolçu ilə baş məşqçi arasında münaqişə yaşanmasıdı. Sentyabrın 27-də Dembele Fransa çempionatında “Renn”lə oyundan (3:1) sonra Luis Enrike ilə mübahisə edib. Baş məşqçi bu səbəbdən onun adını “Arsenal”la keçiriləcək matç üçün iştirak ərizəsinə daxil etməyib.

27 yaşlı Dembele bu mövsüm PSJ-də 7 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Chosen
24
football-plus.az

1Sources