EN

Polad Bülbüloğlunu o əvəz etdi

Son yeniləmə: 1 Oktyabr 2024 20:39 BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Rəhman Sahib oğlu Mustafayevin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması ilə bağlı Sərəncam verib.Başqa bir Sərəncamla Rəhman Mustafayev Azərbaycanın Rusiyada səfiri təyin edilib.Xəbəri Prezidentin mətbuat xidməti yayıb.Əlavə edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Milli Məclisin deputatı seçildiyi üçün geri çağırılıb və bu vəzifə qısa bir müddətdə boş qalıb. Moskvada Azərbaycanı təmsil edəcək Rəhman Mustafayev isə öz fəallığı ilə seçilən diplomatlardandır. Görünür, Prezident onun Avropadakı fəaliyyətini nəzərə alaraq Rusiya kimi strateji bir ölkəyə səfir təyin edilməsinə qərar verib.

Chosen
36
bayraqdar.info

1Sources