EN

Aşıq poeziyasını yaşadan, yaradan və bu zirvəni fəth edən, aşıq adı gələndə ilk yada düşən şəxs- Aşıq Ələsgər

Üç il bundan öncə cənab Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyininkeçirilməsi ilə bağlı iki sərəncam imzaladı ki, bu sərəncamlardan biri məhz yubileytədbirlərinin həm Azərbaycanda, həm də türk dünyasında yüksək səviyyədə keçirilməsi iləəlaqədar idi: "İkinci sərəncam isə Dədə Ələsgərin abidəsinin Bakı şəhərində ucaldılması iləbağlı idi. Şükürlər olsun ki, biz bu abidənin açılışına şahidlik etdik. Açılış zamanı cənabPrezident İlham Əliyev nitq söylədi. Tədbir iştirakçıları ilə səmimi görüşünə şahidlik etdik.Abidənin açılışında abidə qarşısında xatirə fotosu çəkdirdik. Cənab Prezidentin tapşırıqlarınıvə mesajlarını canlı olaraq eşitmək də mənə nəsib oldu.Bildiyiniz kimi aşıq poeziyasını yaşadan, yaradan və bu zirvəni fəth edən, aşıq adıgələndə ilk yada düşən şəxsdir. Dədə Ələsgər həyatının bütün dövrünü məhz Azərbaycanaşıq sənətinin inkişafına həsr etmiş, el adamı olmuşdur, Azərbaycanı qarış-qarış gəzib vəxalqın sevimlisi olub. Azərbaycan dilinin qorunub saxlanmasına, Azərbaycan dilində,Azərbaycan milli-mədəni həyatını, folklorunu çatdıra bilmək, bu dövrdəki gənclərə ötürəbilmək üçün çoxlu sayda şeirlər, qoşmalar yazıb. Şükürlər olsun ki, bu külliyyatın böyük birqismi dövrümüzə qədər gəlib çatıb. Əgər biz orta əsr şairlərini oxusaq, çox vaxt bizətərcüməçiyə ehtiyac olur. Çünki daha çox ərəb və fars dilli sözlərdən istifadə olunub. AncaqAşıq Ələsgərin bütün şeirlərini biz heç bir lüğət olmadan oxuyub başa düşürük. Hətta indikigənclər, uşaqlar belə bu şeirləri rahatlıqla oxuyub əzbərləyirlər.Ulu Öndər Heydər Əliyev tərəfindən Aşıq Ələsgərin 150 illik yubileyi Sovetlərdönəmində keçirildi. Ulu Öndər Heydər Əliyev bu yubiley tədbirlərinin keçirilməsi üçün özüşəxsən sərəncam verdi və nəzarət etdi. Bu yubiley tədbirləri yalnız Qərbi Azərbaycanda,Agkilsə kəndində, İrəvanda yox, eyni zamanda Moskvada da keçirildi. Kremlin sütunluzallarında hər saat, hər dahi şəxsin yubiley tədbiri olmur. Ancaq Ulu Öndər bunu etdi və aşıqsənətinə böyük qiymət vermiş oldu. Daha sonra isə məhz Ulu Öndərin təkidi ilə AşıqƏləsgərin məzarı üzərində böyük abidə ucaldıldı. Ancaq çox təəssüflər olsun ki, torpaqlarımızişğal olunduqdan sonra bu abidə də erməni vandalları tərəfindən dağıdılıb. Cənab Prezidentöz çıxışında bir daha qeyd etdi ki, nəyin bahasına olursa-olsun biz o torpaqlara qayıdacağıqvə Dədə Ələsgərin abidəsi də mütləq bərpa olunacaq, onun açılışında da biz iştirak edəcəyik.Necə ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunduqdan sonra bu ərazilərdəquruculuq, abadlıq işlərinə start verdik. Oralara həyat qayıdır. "Böyük Qayıdış" prosesinə startvermişik. Şükürlər olsun ki, keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdabilirlər. Biz inanırıq ki, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altındadinc yolla öz torpaqlarımıza qayıdacağıq. Göyçə mahalında həyat yenidən canlanacaq.Göyçə mahalında yenidən aşıq məclislərinin qurulmasına şahidlik edəcəyik. Dədə Ələsgərində ruhu şad olacaq"."Cənab Prezident çıxışında xüsusilə də, Dədə Ələsgərin yaşadığı acı taleyə toxundu.1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnak dəstələri tərəfindən böyük miqyasdasoyqırım, deportasiya siyasəti həyata keçirilib. Bu həm Qərbi Azərbaycan torpaqlarında, həmdə indiki Azərbaycan torpaqlarında, Cənubi Azərbaycanda olub. 100 mindən çox azərbaycanlıo qətliamlarda qırılıb. Qərbi Azərbaycandan olan soydaşlarımız da məcburiyyət qarşısındaqalıb qonşu rayonlara köç ediblər. Dədə Ələsgərin də taleyinə Kəlbəcərə köç etmək yazılıb.Dədə Ələsgər Kəlbəcərdə üç ilə yaxın yaşayıb. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimiKəlbəcərlə Göyçənin təbiətində elə də böyük fərq olmasa da, Dədə Ələsgər Vətən həsrətinədözə bilməyib və çətin də olsa, üç ildən sonra öz kəndinə qayıdıb. Ömrünün sonuna qədərGöyçə mahalının Agkilsə kəndində yaşayıb. Dədə Ələsgərin də qismətinə deportasiya yazılıb.Ondan sonra 1948-1953-cü illərdə, hətta 1956-cı ilə qədər davam edən deportasiyanın ikincidalğası olub. Nəhayət, 1988-ci ildə Qərbi azərbaycanlılar üçüncü dəfə öz dədə-babatorpaqlarından didərgin salınıblar.Cənab Prezident xüsusilə qeyd etdi ki, necə ki, Aşıq Ələsgər dədə-baba torpaqlarınaqayıtdı, sonuncu deportasiya zamanı didərgin düşmüş Qərbi azərbaycanlılar da nəyinbahasına olursa-olsun öz torpaqlarına qayıdacaqdır. Cənab Prezident bu günə qədər

Chosen
12
kanal24.az

1Sources