EN

84 yaşlı Xalq artisti onu sevən oğlanla niyə evlənmədi?: «Övladlarım oynadığım rollardır» — VİDEO

1 oktyabr – Beynəlxalq Ahıllar Günündə Sosial Xidmətlər Agentliyi hazırda tənha yaşayan Xalq artisti Svetlana Həkimovanı ziyarət edib.



Gənc yaşlarından sənətə gələn Svetlana Həkimova uzun illər Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.



Heç vaxt ailə qurmayan 84 yaşlı Xalq artisti özünü sənətə qurban verdiyini deyib:



“Sənətə mən çoxdan bağlı olmuşam, lap gənc yaşlarımdan. Qızın da bir vaxtı var, sevib-sevilən vaxtı. Məni də kimsə sevirdi. Həmin şəxs dedi ki, iki ərizə yazırıq, birini nikah, digərini də işdən çıxmağın üçün. Amma mən “işdən çıxmayacağam” dedim. Elə də oldu, işdən çıxmadım. Ailə qurmadım, sənətə bağlandım. Özümü sənətə qurban verdim. Oynadığım rollar, yaratdığım obrazlar mənim övladlarımdır. Çünki mən onları sevə-sevə canlandırmışam”.



Qeyd edək ki, Svetlana Həkimova 2013-cü ildən tənha ahıl kimi sosial xidmətə cəlb olunub.

Chosen
17
9
ictimaimedia.az

10Sources