EN

İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib

İsrail Təhlükəsizlik Kabineti ABŞ-ın yüksək rütbəli rəsmisinin “İran İsrailə hücum etməyə hazırlaşır” bəyanatından sonra fövqəladə iclas keçirməyə qərar verib.

"Operativ Media" xəbər verir ki, İsrail mətbuatında çıxan xəbərdə Təhlükəsizlik Kabinetinin iclasının keçiriləcəyi bildirilib.

Fövqəladə toplantının İranın İsrailə hücuma hazırlaşdığı xəbərindən sonra keçirilməsi diqqət çəkib.

Qeyd edək ki, İsrailin Livana hücumları ilə Yaxın Şərqdə gərginliyin daha da artması ilə bağlı açıqlama verən yüksək rütbəli bir ABŞ rəsmisi, İranın yaxın gələcəkdə İsrailə ballistik raket hücumu etməyə hazırlaşdığına dair işarələr olduğunu bildirib.

Chosen
19
operativmedia.az

1Sources