EN

Xiaomi MIX Flip, Xiaomi 14T və Xiaomi 14T Pro smartfonları uzunmüddətli dəstəyə sahib olacaqlar

     Xiaomi şirkəti keçən həftə qlobal bazarda qatlana bilən qapaqlı MIX Flip smartfonunu və Xiaomi 14T ilə Xiaomi 14T Pro smartfonlarını təqdim etdi. İndi isə şirkət bu smartfonların nə qədər müddət ərzində dəstəkləyəcəyini açıqlayıb. Qeyd etmək lazımdır ki, keçən həftə təqdim edilmiş bu smartfonlar qutudan HyperOS 1.0 interfeysli Android 14 vasitəsilə çalışırlar. Xiaomi şirkəti öz növbəsində rəsmi şəkidlə bildirib ki, Xiaomi MIX Flip, Xiaomi 14T və Xiaomi 14T Pro smartfonları 2024-cü ilin sentyabr ayından 2029-cu ilin sentyabr ayına kimi dəstəklənəcəklər. Söhbət, bu smartfonların Android və təhlükəsizlik dəstəklərindən gedir. Beləliklə potensial olaraq adları sadalanmış bu smartfonlar nəticədə HyperOS 6/7 interfeysli Android 18/19-a kimi yenilənə biləcəklər.

Chosen
21
technote.az

1Sources