EN

Rektor “Zəngəzur” PUA-sını hazırlayan tələbələrlə görüşdü - FOTO

  Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev  tələbələrdən ibarət “RED” komandasının üzvləri ilə görüşüb.

Komandanın hazırladığı “Zəngəzur” Pilotsuz Uçuş Aparatının (PUA) “ADEX-2024” ün 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə, eləcə də “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərində nümayiş olunmasını böyük nailiyyət adlandıran rektor bu münasibətlə onlara ən səmimi təbriklərini çatdırıb.

Eyni zamanda komandanın bu nüfuzlu beynəlxalq sərgilərin təşkilatçıları tərəfindən xüsusi sertifikata layiq görülməsini yüksək qiymətləndirən ali təhsil ocağının rəhbəri gənclərin texnoloji sahəyə marağının və innovativ bacarıqlarının onların inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Tədbirdə bildirilib ki, “Zəngəzur” PUA-sı sərgidə iştirak edən Türkiyənin məşhur “Baykar” şirkəti rəhbərliyinin böyük marağına səbəb olub.

Tələbələrin gələcək layihələri ilə maraqlanan rektor yeni-yeni uğurlara imza atmaq yolunda onlara müvəffəqiyyətlər arzulayıb, həmçinin universitet tərəfindən hər cür dəstəyin davam etdiriləcəyini vurğulayıb. 

Sonra Yaqub Piriyev beynəlxalq sərgilərdə uğurlu iştiraklarına görə komanda üzvlərini Fəxri fərmanla təltif edib.

Qeyd edək ki, yüksək texniki parametrlərə, habelə radioekoloji monitorinq imkanlarına malik “Zəngəzur” PUA-sının bütün elektrik və elektron idarəetmə sistemləri də BMU tələbələri tərəfindən hazırlanıb. PUA havada hibrid rejimdə 3 saat işləmək, 6 km diapozonda hündürlüyə qalxmaq kimi yüksək imkanları özündə daşıyır.  



Chosen
14
3
referans.az

5Sources