EN

Millimizin sabiq üzvü aşağı liqada baş məşqçi işləyəcək

Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə Birinci Liqada işləyəcək.

Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı veteran futbolçu “Qaradağ Lökbatan”la anlaşıb.

Yaxın günlərdə Quluzadə komandanı məşqlərə çıxacaq. Qeyd edək ki, o, bir müddət əvvəl “Füzuli”nin baş məşqçisi idi. 

Əlavə edək ki, Amit futbolçu kimi “Neftçi”, “Kayseri Erciyesspor”, “Rəvan”, “Qəbələ”, “Atletiko”(Lissabon, Portuqaliya), “Sumqayıt”, “Larissa”(Yunanıstan) “Səbail”, “Drita”(Kosovo), “Çelik”(Bosniya və Herseqovina), “Milsami”(Moldova), “Ştadl-Paura”(Avstriya) klublarında oynayıb.

 

saytlarin hazirlanmasi

Chosen
13
sportal.az

1Sources