EN

Redmi K80 və K80 Pro smartfonlarının kameraları və prosessorları barəsində məlumat verilib

     Xiaomi-nin Redmi brendi artıq gələn ay Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. Bu smartfonlar barəsində isə müxtəlif məlumatlar ortaya çıxmağa davam edir. Ortaya çıxmış yeni məlumatlar Redmi K80 və K80 Pro smartfonlarının kameraları ilə prosessorlarını əhatə edirlər. Beləliklə məlumata əsasən hər iki smartfon üçlü arxa kamera ilə təchiz olunacaq və hər iki smartfonda əsas arxa kamera 50 MP-lik olacaq.     Bundan əlavə olaraq Redmi K80 Pro modeli isə 3 qat zoom özəlliyinə sahib təkmilləşdirilmiş 50 MP-lik telekameranı əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Redmi K70 Pro modeli 2 qat zoom özəlliyinə sahib telekamera ilə təchiz olunub. Məlumata əsasən Redmi K80 smartfonlarının gövdələri IP69 standartı üzrə sudan qorunacaqlar. Prosessorlara gəldikdə isə adi Redmi K80 modeli Snapdragon 8 Gen 3 prosessoru, Redmi K80 Pro modeli isə Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışmalıdır.

Chosen
9
technote.az

1Sources