EN

Babəkdə “Chevrolet” sürücüsü motosikleti vurdu, kuryer.. - VİDEO

Paytaxtın Xətai rayonu Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 30-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobil, motosikletlə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb moto sürücünün manevr etməsi olub. Qəza zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Zərbənin təsirindən motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım və polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Chosen
9
avtosfer.az

1Sources