EN

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.

“AzPolitika” xəbər verir ki, həmin vəzifəyə Elgün Məhəmmədəlizadə təyin edilib.

E.Məhəmmədəlizadə bu təyinata qədər “Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr və magistr təhsili alan Elgün Məhəmmədəlizadə Almaniyanın Hamburq şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib.

Təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdi.

Chosen
4
11
azpolitika.info

10Sources